Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

13:42 - 4 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyunları çərçivəsində baş tutacaq "Roma" - "Qarabağ" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu gün Ağdam klubunu baş məşqçisi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da "Stadio Olimpiko"da media mənsublarının önünə çıxacaq.

 

Təmsilçimizin son məşqi isə saat 22:00-da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Xəbər xətti