"Qalatasaray" İqor Tüdorla bağlı qərar verdi

18:44 - 5 Dekabr 2017

Türkiyə Super Liqasında son tur derbidə "Beşiktaş"a uduzaraq (0:3) liderliyi Başakşəhər"ə təhvil verən "Qalatasaray"ın baş məşqçisi İqor Tüdorla yolları ayıracağı xəbərləri Türkiyə mətbuatında dolaşırdı.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun prezidenti Dursun Özbək xorvatiyalı mütəxəssisin komandadan göndərilməyəcəyini açıqlayıb. O, bildirib ki, istefa məsləsi müzakirə mövzusu deyil:

 

"İqor Tüdorla davam edecəyik. Baş məşqçi dəyişikliyi müzakirə mövzusu deyil".

 

Qeyd edək ki, 39 yaşlı mütəxəssis bu ilin fevralından "sarı-qırmızılar"a rəhbərlik edir.

Xəbər xətti