"Qəbələ" Futbol Akademiyasına seçilmək istəyirsiniz?

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.

 

Sportal.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 23-də  2001 - 2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 055 511 39 65 
Email: [email protected]       
Seçim tarixi: 
Qəbələ Şəhər Stadionu 

 

23 dekabr – 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular 
Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 

 

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Tarix: 7 Dekabr [10:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio