Avropa Liqası: 1/16 final mərhələsinin iştirakçıları məlum oldu

02:02 - 8 Dekabr 2017

Avropa Liqasının qrup mərhələsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, 1/6 final mərhələsinə vəsiqə qazanan komandalar aşağıdakılardır:

 

"Vilyarreal", "Astana", "Dinamo" (Kiyev), "Partizan", "Braqa", "Ludoqorets", "Milan", AEK, "Atalanta", "Lion", "Lokomotiv" (Moskva), "Kopenhagen", "Viktoriya", "Styaua", "Arsenal", "Srvena Zvezda", "Zalsburq", "Marsel", "Atletik" (Bilbao), "Ostersun", "Latsio", "Nitsa", "Zenit", "Real Sosyedad".

 

Çempionlar Liqasından Avropa Liqasının 1/16 final mərhələsinə keçən qrup üçüncüləri:

 

“Leyptsiq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, ÇSKA, “Seltik”.

Xəbər xətti