Əmrə Can "Liverpul"dan ayrılır: Yeni klubu məlum oldu

17:17 - 9 Dekabr 2017

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatacaq Əmrə Can "qırmızılar"la müqaviləni yeniləməyib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin futbolçusu "Yuventus"la razılıq əldə edib. "Rai Sport"da yer alan xəbər görə mövsümün sonunda kontraktı bitən ulduz futbolçu "qoca sinyora" ilə 5 illik anlaşıb. Turin klubu yarımmüdafiəçiyə illik 4 milyon avro maaş verəcək.

 

2013-cü ildə "Bayer"dən "Liverpul"a keçən 23 yaşlı oyunçu bu mövsüm 20 rəsmi oyun keçirib və 4 qola imza atıb.

Xəbər xətti