Dəniz Yılmaz "Bursaspor"un start heyətində

15:19 - 12 Dekabr 2017

Türkiyə kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Adanaspor"u qəbul edir.

 

Saat 16:30-da başlayacaq qarşılaşmanın heyətləri məlum olub. Millimizin hücumçusu bu oyunda start heyətdə yer alacaq.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matç "Bursaspor"un 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti