Millimizdə yeni məşqçi

11:24 - 13 Dekabr 2017

Azərbaycan millisində daha bir təyinat rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, yığmamızın sabiq qolkiperi Dmitri Kramarenkoya Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi, həmçinin bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərin kordinatoru vəzifəsi həvalə olunub.

 

Xatırladaq ki, Kramarenko məşqçi kimi daha öncə “Qəbələ” və “Neftçi”də də çalışıb. Onun son iş yeri Moskva ÇSKA-sı olub. Sabiq qolkiper Moskva klubunun akademiyasında fəaliyyət göstərib.

Xəbər xətti