İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqladı

14:08 - 13 Dekabr 2017

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb.

 

Ali nominasiya
İlin məşqçisi -
Qurban Qurbanov

 

Nominasiyalar üzrə qaliblər bunlardır:

İlin idman xadimi – Tahir Gözəl, “Qarabağ”ın vitse-prezidenti

İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu

İlin əcnəbi idmançısı – Dino Ndlovu, “Qarabağ”ın futbolçusu

İlin futbolçusu – Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı

İlin komandası (futbol və digər) - “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi

İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları

İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

 

Xüsusi mükafatlar:

 

ALOV - tədbirə verdiyə dəstəyə görə təşəkkürnamə
Futbol+ 20 - Fəxri fərman
İlin idman verilişi - 3-cü hissə 
İlin fəal fotoqrafı - Firudin Səlimov
İlin idman qurğusu – Bakı Olimpiya Stadionu
Media ilə sıx əməkdaşlığa görə - Nurlan İbrahimov, “Qarabağ” klubunun mətbuat katibi

Xəbər xətti