"Kəpəz"də 2 ciddi itki

19:35 - 13 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanda “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gedib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib. “Sarı-göylər”in oyun öncəsi son məşqi qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda olub.
 
Kubok görüşünə Gəncə klubu itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqları üçün komandaya kömək etməyəcək.
 
Qeyd edək ki, “Kəpəz” - “Keşlə” oyunu dekabrın 14-də saat 13:00-da başlayacaq.  

Xəbər xətti