"Səbail" futbolçusu ilə yollarını ayırdı

16:16 - 25 Dekabr 2017

“Səbail” FK Yamin Ağakərimzadənin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

 

Sportal.az xəbər verir ki, futbolçuya azad agent statusu verilib. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb:

 

"Yamin Ağakərimzadəyə “Səbail” Futbol Klubundakı çıxışına görə təşəkkürümüzü bildirir və ona gələcək karyerasında uğurlar arzulayırıq".

Xəbər xətti