"İnter" "Milan"la oyuna itkilərlə çıxacaq

16:54 - 25 Dekabr 2017

İtaliyanın "İnter” klubu itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, “neradzurra” İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Milan”la oyunda iki əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

 

A seriyasının 18-ci turunda “Sassuolo” ilə səfər oyununda (0:1) zədələnən Danilo D Ambrozio və Joao Miranda Milan derbisində meydana çıxa bilməyəcək. Bu barədə məlumatı “İnter”in mətbuat xidməti yayıb.

 

Qeyd edək ki, “İnter” - “Milan” oyunu dekabrın 27-də keçiriləcək.

Xəbər xətti