Aqil Məmmədovun yeni klubu məlum oldu

14:40 - 26 Dekabr 2017

"Qəbələ"dən ayrılan Aqil Məmmədovun yein klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü karyerasını "Neftçi"də davam etdirəcək. Məmmədov sabiq klubu 1,5 illik müqavilə imzalayacaq. 

 

Aqil Məmmədov yayda AZAL-dan "Qəbələ"yə keçmişdi. Təcrübəli əlcək sahibi "qırmızı-qaralar"ın heyətində 1 oyun keçirib. O, kubok matçı çərçivəsində "Mil-Muğan"a qarşı oynamışdı.

 

Qeyd edək ki, Aqil Məmmədov "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da forma geyinib.

Xəbər xətti