"Qalatasaray"da ciddi itki: 2 ay oynamayacaq

16:10 - 26 Dekabr 2017

"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Fernando Reqes zədələnib. Super Liqanın 17-ci turunda "Göztəpə" ilə qarşılaşmada (3:1) zədələnən yarımmüdafiəçinin durumu ciddidi.

 

Tibbi müayinədən sonra 30 yaşlı futbolçunun sağ iç yan bağlarında yırtıq aşkarlanıb. Braziliyalı yarımmüdafiəçinin əməliyyat olunmayacağı, lakin 2 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Xəbər xətti