"Yuventus" Dibalaya 150 milyon avro qiymət qoydu

19:43 - 28 Dekabr 2017

"Yuventus"un futbolçusu Paulo Dibala bu qış Turin təmsilçisini tərk edə bilər.
 
Sportal.az xəbər verir ki, klub rəhbərlyi Avropa nəhənglərinin heyətinə qatmaq istədiyi 24 yaşlı hücumçunun qiymətini açıqlayıb. Argentina millisinin üzvünü heyətinə qatmaq istəyən klub 150 milyon avrosundan keçməlidi.

 
Dibala ilə "Barselona", "Real", "Mançester Yunayted", "Bavariya" kimi klubların maraqlandığı iddia olunur.

 

Qeyd edək ki, gənc forvard "Yuventus"un heyətində meydana çıxdığı 119 qarşılaşmada 57 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti