Edin Ceko: "Qarabağ"a qarşı oyunumuz asan olmamışdı"

"Roma"nın futbolçusu Edin Ceko açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovinalı hücumçu ÇL-dəki oyunları barədə danışıb. Təcrübəli hücumçu "Qarabağ"la cavab matçına (1:0) da toxunub:

 

"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsək, qrupda birinci yeri tutacağıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik. İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik".

 

Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsinin son oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək qrupu birinci pillədə tamamlayıb.

Tarix: 29 Dekabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio