"Everton"dan Cenk Tosun açıqlaması

14:37 - 29 Dekabr 2017

"Beşiktaş"ın və Türkiyə millisinin hücumçusu Cenk Tosun karyerasını İngiltərənin "Everton" klubunda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı forvardın keçidi üçün "qara qartallar"ın Liverpul təmsilçisi ilə razılaşdığı xəbərləri dolaşır. 

 

"Everton"un baş məşqçisi Sem Ellardays bu iddialara münasibət bildirib: 

 

"Bir hücumçuya ehtiyacımız var. Qış transfer pəncərəsində bu mövqeyə oyunçu transfer edəcəyik. Sandro Ramires zədələr alıb. Mövsümü tək Oumar Niasse ilə keçirə bilmərik".

Xəbər xətti