Qvardioladan sərt sözlər: "Futbolçuları öldürəcəyik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvarsiola iki gündən bir oyun oynamalarını tənqid edib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis futbolçuların zədələnməsinin səbəbinin sıx qrafiklə bağlı olduğunu deyib. 46 yaşlı mütəxəssis Premyer Liqanın 22-ci turunda "Uotford"la matçdan (3:1) sonra çempionatın təqvimindən şikayətlənib:

 

"Kayl Uolker tibbi müayinədən keçəcək. Kiçik bir problemi ola bilər. Hər kəs son həftələrdə nə qədər çox zədələrin olduğunu görür. Futbolçuları öldürəcəyik. Federasiya rəsmiləri nəsə etməlidi. İki gündən bir oyun oynamaq normal deyil.

 

Bilirəm, şou davam etməlidi, amma nəzarət altında olmalıdı. Oyunçuları qorumurlar. İnsanlar matçları izləməyə gəlirlər,idarəçiləri,ya da mətbuat konfranslarını izləməyə yox. İngiltərədə futbolçular qorunmur".

 

Qeyd edək ki, son gün sıxqrafikıə oyunlar zamanı "Şəhərlilər"in futbolçuları Menjamin Mendi, Qabriel Jesus, Kevin de Bruyn və Kayl Uolker zədələnib.

Tarix: 3 Yanvar [16:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2018
19  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio