"Kəpəz"də 3 futbolçu əvəzedici heyətə göndərildi

11:39 - 4 Yanvar 2018

“Kəpəz”in əsas komandasının üç futbolçusu əvəzedici heyətə göndərilib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Xəbərdə yarımmüdafiəçilər Əli Səmədov, Əli Əliyev və hücumçu Fərid Məmmədovun əvəzedici komandaya göndərildiyi qeyd edilib. 

 

Bununla belə, hər üç oyunçunun ara-sıra əsas komandanın hazırlıq proseslərinə və oyunlarına cəlb olunacaqları da vurğulanıb.

Xəbər xətti