Kərim Diniyev rəsmən "Səbail"də

19:26 - 5 Yanvar 2018

“Səbail” növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı bu gün Kərim Diniyevin keçidini rəsmiləşdirib. Bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb.

 

Son 2,5 ili "Kəpəz"də keçirən və qış fasiləsində Gəncə klubu ilə yollarını ayıran 25 yaşlı mərkəz yarımmüdafiəçisi paytaxt təmsilçisi ilə müqavilə imzalayıb.

Xəbər xətti