"Qəbələ" "Ağsu" ilə qarşılaşacaq

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.

 

Sportal.az xəbər verir ki, yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar. Komanda çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır. 

 

Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” birinci divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək.

 

Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Tarix: 8 Yanvar [18:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2018
20  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio