"Zirə"nin legionerləri sabah komandaya qoşulur

17:05 - 9 Yanvar 2018

"Zirə" çempionatın ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Bakı Olimpiya Stadionunda məşq edir. Hazırlıq prosesində yalnız yerli futbolçular iştirak edir.

 

Komandanın legionerləri sabahdan etibarən Ayxan Abbasovun sərəncamında olacaq. Jozef Bumdan başqa bütün əcnəbi futbolçular sabah komandaya qoşulacaq. Kamerunlu müdafiəçi yanvarın 13-ü məşqlərə qatılacaq.

Xəbər xətti