Nicat Qurbanov: "Məqsədimiz kubokun finalına vəsiqə qazanmaqdı" VİDEO

18:18 - 9 Yanvar 2018

“Sumqayıt”ın qış fasiləsində “Zirə”dən heyətinə cəlb etdiyi Nicat Qurbanov klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Qurbanov komandaya kömək etmək üçün əlindən gələni edəcəyini deyib:

 

“Sumqayıt”dan təklif gəldi, fikirləşib, razılaşdım. Hazırda burdayam. Sumqayıt futbol şəhəridi. Bu şəhərdə oynamaq insanda tam başqa abu-hava yaradır. Azarkeşlər komandanı 90 dəqiqə qələbəyə səsləyirlər. Komandaya kömək etmək üçün burdayam. Hədəflərimiz var. Son vaxtlar komanda yaxşı nəticələr qazanır. Kubokda yarımfinala yüksəlib. Məqsədimiz finala vəsiqə qazanmaqdı. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Yeni transferlərin komandaya köməyi dəyəcəyini düşünürəm”.

 

Xəbər xətti