"Neftçi" milli komanda ilə qarşılaşacaq

18:05 - 10 Yanvar 2018

"Neftçi”nin əvəzedici komandası çempionatın ikinci hissəsinin hazırlığını davam etdirir. Bugünkü məşq klubun bazasında olub.

 

Sportal.az xəbər verir ki, yanvarın 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Yanvarın 14-də U-19 millisi, 21-də "Səbail”in, 28-də isə "Neftçi”nin 19 yaşlılardan ibarət komandaları ilə hazırlıq oyunları nəzərdə tutulub.

 

Yanvarın 30-u nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

Xəbər xətti