"Kəpəz" əvəzedicilərinə qalib gəldi

16:34 - 13 Yanvar 2018

"Kəpəz" mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi bu gün ilk yoxlama matçına çıxıb. Yunis Hüseynovun komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında klubun əvəzedici heyəti ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu yeni transfer Murad Səttarlının ötürməsindən sonra Tural Rzayev vurub.

 

"Kəpəz" Bakı hazırlığında ikinci yoxlama oyununu I Divizion təmsilçisi “Sabah”a qarşı keçirəcək.

Xəbər xətti