"Xəzər" Almaniya klubu ilə qarşılaşacaq

21:57 - 15 Yanvar 2018

I Divizion təmsilçisi “Xəzər” sabah Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq komandanın Antalyada keçirəcəyi ilk yoxlama matçında rəqibi bəllidir. Paytaxt təmsilçisi Almaniyanın “Vakker Nordhauzen” klubu ilə qarşılaşacaq. Görüş yanvarın 20-də “Titanik” İdman Mərkəzinin stadionunda keçiriləcək.

Xəbər xətti