"Neftçi" "Kəpəz"ə transfer olan futbolçunun ayrılığını rəsmən açıqladı

17:59 - 16 Yanvar 2018

"Neftçi" futbolçusu Tərzin Cahangirovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. 

 

Tərzin 2016-cı ildən "Neftçi"nin şərəfini qoruyurdu. 25 yaşlı futbolçu cari mövsümdə cəmi 4 oyunda şans qazanıb. 

 

Əlavə edək ki, Cahangirov karyerasını Gəncənin "Kəpəz" klubunda davam etdirəvək.

Xəbər xətti