Vassoura millimizə qoşuldu

17:05 - 18 Yanvar 2018

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.

 

Sportal.az xəbər verir ki, söhbət karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento “Vassoura”dan gedir. Bu gün günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib. 

 

Qeyd edək ki, millinin yanvarın 19-da, saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.

Xəbər xətti