Baş məşqçidən açıqlama: "Billiatın gedişi bizə təsir etməyəcək"

12:12 - 19 Yanvar 2018

"Mamelodi Sandaunz"un baş məşqçisi Pitso Mosimane adı "Qarabağ"la hallanan komandanın üzvü Xama Billiatla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis bildirib ki, Xamanın gedişi böyük itki olmayacaq:

 

"Leonardo Kastro, Kiqan Dolli və Xama Billiat Triosu artıq yoxdur. Bu triomuz əvvələr rəqiblər üçün qorxulu yuxu olub. Amma bu mövsüm bu triosuz çıxış etmişik. Bu üçü oyunçudan komandada yalnız Xama Billiat qalıb. Billiatın da gedişi bizə təsir etməyəcək. Çempionatda yaxşı mövqeydəyik və bunu qorumalıyıq. Komandamızın hədəfləri var".

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR mətbuatının iddiasına görə, "Mamelodi Sandaunz" "Qarabağ"ın Xama üçün göndərdiyi təklifə müsbət cavab verib. Futbolçu da razılaşsa, transfer reallaşacaq.27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edə ki, Xama Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Xəbər xətti