Adebayor: "Arsenal"a nifrət edirəm"

19:37 - 19 Yanvar 2018

"Arsenal"ın sabiq futbolçusu, "Başakşəhər"də top qovan toqolu ulduz Emmanuel Adebayor futbol dünyasının gündəmini zəbt edən açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard 2009-cu ildə "Arsenal"dan ayrılaraq "Mançester Siti"yə transfer olmasını belə xatırlayıb:

 

"Arsen Vengerlə görüşdüm və komandadan ayrılmağımın lazım olduğunu söylədi. Mən də "Mançester Siti"yə transfer oldum. Bir gün sonra isə Venger mətbuat konfransında pulu seçdiyimi və bu səbəbdən ayrıldığımı açıqladı. Bu səbəbdən "Arsenal"a nifrət edirəm. Ancaq azarkeşlərinə nifrət etmirəm. Komandanın oyunlarına baxanda həm qalib gəlməsini, həm də uduzmasını istəyirəm. Hələ də əsəbəiyəm".

 

Qeyd edək ki, 2006/09-cu illərdə "topçular"ın şərəfini qorumuş Adebayor "şəhərlilər"ə 29,5 milyon avro qarşılığında transfer olmuşdu.

Xəbər xətti