"Sabah"dan 4 rəsmi transfer FOTOLAR

00:51 - 20 Yanvar 2018

"Sabah" Futbol Klubu qış fasiləsində heyətini daha 4 futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, son klubu "Xəzər" olan Əmrah Əliyev cari mövsümün sonuna kimi “Sabah”ın şərəfini qoruyacaq. Ampluaca müdafiəçi olan Əmrah, peşəkar karyerası ərzində "Neftçi", AZAL klublarında da forma geyinib.

 

Yarımmüdafiəçi Emin Mehdiyev isə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək. Müqavilə ilə "Səbail"ə məxsus olan, vaxitlə U-21 millimizə də dəvət alan futbolçu "Neftçi", "Sumqayıt" və "Zaqatala" klublarında çıxış edib.

 

Cari mövsümün ilk yarısını "Qaradağ Lökbatan" klubunda çıxış edən Emin Mirzəliyev də “Sabah”la mövsümün sonuna kimi müqavilə imzalayıb. Ampluaca dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Emin peşəkar karyerası ərzində "Turan" və "Neftçala" klublarında da forma geyinib.

 

“Sabah”ın heyətinə qatdığı daha bir futbolçu isə iranlı hücumçu Şahin Baleljaeedi. Şahin peşəkar karyerası ərzində "Melevan" (İran), "Perspolis" (İran), "Şuşa", "Şəmkir", "İnter" (hazırki "Keşlə") və "Xəzər" klubunda çıxış edib.

 

Image may contain: 1 personImage may contain: 1 person, beardImage may contain: 1 person, beard and textImage may contain: 1 person, beard and text

Xəbər xətti