"Neftçi"nin sabiq futbolçusu Yaponiya klubunda

17:24 - 20 Yanvar 2018

"Neftçi"nin sabiq futbolçusu Jairo Rodriqesin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Yaponiyada davam etdirəcək. 26 yaşlı futbolçu bu ölkənin "Montedio Yamaqata" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Jairo 2015-2017-ci illərdə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 33 qarşılaşmada 3 qolla yadda qalıb. "Sambaçı"nın son klubu İran "Sepahan"ı olub.

Xəbər xətti