"Qəbələ"nin zədəlisi geri döndü

"Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının yanvarın 5-dən 17-dək davam edən ilk mərhələsindən sonra 3 günlük istirahətə buraxılan "qırmızı-qaralar" ayın 21-də yenidən bir araya gəlib.

 

Komanda hazırlıq prosesinin ikinci mərhələsinə 1 məşqlə start verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən bir müddət komanda ilə məşq keçməyən Dion Malone kollektiv hazırlıqlara qoşulub.

Tarix: 22 Yanvar [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio