"Səbail" Türkiyədə ilk oyuna çıxır

12:32 - 23 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında “Səbail” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçını keçirəcək.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin komandası Ukraynanın "Çernomorets” klubuyla üz-üzə gələcək. Odessa təmsilçisi ilə matç Bakı vaxtiylə saat 17:00-da başlayacaq.

 

Xatırladaq ki, "Səbail" Antalyada fevralın 3-dək davam edəcək toplanışda ümumilikdə 4 yoxlama oyunu keçirəcək. 

 

Yoxlama oyunu

17:00 "Səbail" (Azərbaycan) - "Çernomorets" (Ukrayna)

Xəbər xətti