Azərbaycandan təklif alan futbolçunun yeni klubu müəyyənləşdi

13:44 - 23 Yanvar 2018

Türkiyənin I Liqasında mübarizə aparan "Adana Dəmirspor"dan ayrılan bosniya və herseqovinalı futbolçus Edin Rüstəmoviç Azərbaycandan təklif alsa da, ölkəmizə gəlməkdən imtina edib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, Premyer Liqa təmsilçisi "Slobdo Tuzla" ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

 

Rüstəmoviç ölkəsinin "Drina Zvornik" klubunun yetirməsidir. 2017-ci ilin yayında Bosniya və Herseqovinanın "Sarayevo" klubundan "Adana Dəmirspor"a keçən yarımmüdafiəçi, oktyabr ayında I Liqa klubundan ayrılmışdı.

Xəbər xətti