"Barselona" Maskerano ilə yolları ayırdı: Yeni klubu bəllidir

19:28 - 23 Yanvar 2018

"Barselona" Xavyer Maskerano ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu mövsüm az şans qazanan argentinalı futbolçu karyerasını Çində davam etdirəcək.. Super Liqa təmsilçisi "Hebey Fortun" 33 yaşlı müdafiəçini 10 milyon avro qarşılığında rənglərinə bağlayıb. Argentina millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb. O, bu müddət ərzində 19 milyon avro məvacib qazanacaq.

 

Qeyd edək ki, "Barselona" Maskeranonu 2010-cu ildə "Liverpul"dan 20 milyon avro qarşılığında transfer etmişdi.

Xəbər xətti