"Yunis Hüseynovun sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdür"

“Böyük futbolda ilk addımlarımı demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidir. Ümid edirəm ki, davamı gələr”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Tural Nərimanov klubun rəsmi saytına açıqlamasında deyib.

 

28 yaşlı futbolçu Gəncə klubuna keçidi haqda danışıb: “Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdü. O, məni yaxşı tanıyır və bacarığıma bələddir. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım”.

 

“Kəpəz” Tural Nərimanov üçün yad komanda deyil. Mərkəz müdafiəçisi  əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub: “Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdı”.

Tarix: 24 Yanvar [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio