İran millisinin baş məşqçisi: "Müəyyən səhvlər oldu"

01:20 - 24 Yanvar 2018

Futzal üzrə İran millisi yoxlama oyununda Azərbaycan yığmas ilə bərabərə qalıb - 3:3. 

 

Sportal.az xəbər verir ki, rəqibin çalışdırıcısı Mohammad Nazemalşarieh görüşlə bağlı söyləyib:

 

“Maraqlı və çətin oyun keçdi. Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu. Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”.

Xəbər xətti