"El Mundo Deportivo" alova benzinlə yaxınlaşır: "Barselona" Dembeleni niyə oynatmır?

22:05 - 24 Yanvar 2018

"Barselona" ötən yay transfer pəncərəsində "Borussiya" Dormtunddan Usman Dembeleni 105+40 milyon avro qarşılığında rənglərinə bağlamışdı.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü mövsümün ilk turlarında "Hetafe" ilə matçda zədələnərək 4 aylıq sıradan çıxmışdı. Yanvar ayında sıralara dönən 20 yaşlı vingerin yenidən zədələndiyi və 1 ay yaşıl meydanlardan kənarda qalacağı açıqladı. Bununla bağlı İspaniyanın "El Mundo Deportivo" qəzeti şok iddia ortaya atıb. Belə ki, Dembele bu mövsüm ən azı 25 oyunda 45 dəqiqədən meydanda olsa, "Barselona" müqavilənin şərtlərinə uyğun olaraq "Borussiya"ya 40 milyon avro bonus məbləği ödəmək məcburiyyətindədir. Həmkarlarımızın məlumatına görə, Kataloniya klubu da məhz bonus səbəbindən Dembeleni oynatmır və zədə bəhanədir.

 

Məsələyə "Barselona" və "Borussiya" tərəfləri münasibət bildirməyib. Bu olay İspaniya mətbuatında gündəmi zəbt edib.

 

Qeyd edək ki, Dembele La Liqada 2, ÇL-də 1, İspaniya Kral kubokunda 2 oyunda şans qazanıb.

Xəbər xətti