"Beşiktaş"da yeni müqavilə

12:16 - 26 Yanvar 2018

Türkiyəni Çempionlar Liqası turnirində təmsil edən "Beşiktaş"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Super Liqanın son qalibi yarımmüdafiəçisi Tolqay Arslanla yeni müqavilə bağlayıb. 27 yaşlı futbolçu İstanbul klubu ilə 4,5 illik yeni sazişə qol çəkib.

 

Qeyd edək ki, Almaniya və Türkiyənin aşağı yaş qrupları üzrə millilərində çıxış edən futbolçu, 2015-ci ildə "Hamburq"dan "Beşiktaş"a keçib. Tolqay bu il Türkiyənin əsas yığmasında çıxış edə biləcək.

Xəbər xətti