"Binə" "Qarabağ"a qalib gəldi

12:23 - 26 Yanvar 2018

I Divizion təmsilçisi “Binə” qış toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi üçüncü sınaq matçında “Qarabağ”ın əvəzedicilərdən ibarət komandası ilə qarşılaşıb. Binəlilər bu görüşdə 1:0 hesabıyla qalib gəliblər.

 

Xatırladaq ki, “Binə” əvvəli yoxlama oyunlarında “Sabah”a və “Neftçi”nin əvəzedicilərdən ibarət komandasına eyni hesabla (1:2) məğlub olmuşdu.

Xəbər xətti