Moldovalı hücumçu Azərbaycan klubuna keçdi

13:43 - 27 Yanvar 2018

I Divizion təmsilçisi “Sabah” növbəti transferini reallaşdırıb.

 

Sportal.az saytı xəbər verir ki, paytaxt təmsilçisi moldovalı hücumçu Artyom Zabunla ilyarımlıq müqavilə imzalayıb.

 

Moldovanın "Şerif" klubunun yetirməsi olan Zabun peşəkar karyerası ərzində "Sfantul George" (Moldova), "Krumkaçı" (Belarus) klublarında da çıxış edib. Moldovanın aşağı yaş qrupu üzrə yığmalarında da oynayan 21 yaşlı hücumçu əsas millidə bir matç keçirib. 

Xəbər xətti