Millimizin sabiq futbolçusu "Xəzər"də

17:45 - 29 Yanvar 2018

"Xəzər" mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını Şimali Kiprin "Yeniboğaziçi" klubunda keçirən Nodar Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

"Şahdağ" futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə "Qarabağ", MOİK, "Qəbələ", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran" klublarında da oynayıb. Məmmədov U-21 və əsas millimizin də üzvü olub.

Xəbər xətti