Qara Qarayev: "Bu oyun bizim üçün yaxşı sınaq oldu" MÜSAHİBƏ

22:47 - 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyununda qüvvəsini sınayıb. Yığmamız “Mardan” stadionunda keçirilən matçda Moldova millisi ilə qolsuz bərabərə qalıb. Oyundan sonra yığmamızın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir.

 

Qarayev ilk olaraq oyun haqda danışıb:

 
- Yeni sistemi tətbiq etməyə çalışırdıq. Sözsüz ki, qalib gəlməyi də istəyirdik. Ancaq alınmadı. Çatışmayan cəhətlərimiz oldu. Komanda olaraq yaxşı müdafiə oluna bildik və topu özümüzdə saxlaya bilirdik. Vaxtımız var və inanıram ki, növbəti matçlarda bu səhvləri aradan qaldıra biləcəyik.
 
- Yoxlama oyunu olsa da, komandada ilk dəqiqələrdə həyəcan var idi…
- Uzun müddətdir ki, millidə oyun keçirmirik. Müəyyən qədər fasilə yaranmışdı. Yenidən bu formayla oyuna çıxdıq və 10-15 dəqiqə belə ola bilər. Daha sonra oyun zamanı hər şey qaydasıa düşdü.
 
- Moldova gözlədiyinizdən daha güclü idi?
- Moldovanı çoxları zəif saya bilər. Qrupumuz üçün də bariz nümunədir. Amma bu gün artıq hər kəs futbol oynaya bilir. Hamı müdafiə olunmağı bacarır. Bu oyun bizim üçün yaxşı sınaq oldu.

Xəbər xətti