"Kəpəz"in Türkiyə toplanışı başa çatdı

Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. 

 

Sportal.az xəbər verir ki, bu gün səhər məşqi ilə 16 günlük Antalya toplanışı başa çatıb. Komanda bu gün vətənə qayıdacaq.

 

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb. Gəncə klubu yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya - 1:1), 25-də “Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb. 

Tarix: 2 Fevral [18:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio