"Zirə" "Haladaş"a qarşı

13:15 - 3 Fevral 2018

Türkiyədəki təlim-məşq toplanışını başa vurmağa hazırlaşan “Zirə” bu gün sonuncu yoxlama görüşünə çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qartallar" Macarıstanın “Haladaş” klubu ilə qarşılaşacaq.  “Arcadia” otelinin meydançasında keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, “Zirə” bundan əvvəl Rumıniya “Volentaru”sına  qalib (2:0) gəlib, Rusiya “Avanqard”ına uduzub (0:3).

 

3 fevral

Yoxlama oyunu

 

16:00. "Zirə" - "Haladaş"

Xəbər xətti