"Qarabağ" Azərbaycana qayıdır

15:26 - 4 Fevral 2018

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışını başa vurub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu bu gün günorta saatlarında Azərbaycana yola düşüb.

 

Qeyd edək ki, Antalyada 27 günlük təlim-məşq toplanışı keçən "Qarabağ" bu müddətdə 6 yoxlama oyununda qüvvəsini sınayıb. "Kuban"la 2:2,  "Lexiya" (Polşa) və "Mladost" (Monteneqro) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalan komanda "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub.

Xəbər xətti