"Barselona"da Pike şoku

19:36 - 5 Fevral 2018

“Barselona”nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Jerar Pike zədələnib. təcrübəli futbolçu İspaniya La Liqasının son turunda “Espnayol”la keçirilən görüşdə (1:1) ayağından zədə alıb.

 

Onun qarşıdakı iki həftə meydana çıxa bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Espanyol”la oyunda komandasının yeganə qolunu Pike vurub.

Xəbər xətti