"Sumqayıt" "Zirə" ilə matça itkisiz hazırlaşır

Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” hazırlıqları bərpa edib.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Tarix: 6 Fevral [18:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio