"Liverpul" yeni transferini İspaniya klubuna icarəyə verdi

15:24 - 7 Fevral 2018

İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul" müdafiə xəttinə yeni futbolçu alıb.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" Kolumbiyanın "Fortaleza" klubunun mərkəz müdafiəçisi Anderson Arroyonu transfer edib. "Liverpul" 18 yaşlı yeni transferini İspaniyanın "Malyorka" klubuna icarəyə göndərib.

 

Arroyo III Liqa klubunda 18 ay çıxış edəcək.

Xəbər xətti