Türkiyə kuboku: "Fənərbaxça" "Beşiktaş"a rəqib oldu VİDEO

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, “Fənərbaxça” doğma meydanda  “Girəsunspor”u qəbul edib. İlk görüşdə 2:1 hesablı qələbə qazanan "Fənərbaxça" cavab matçında da sevinən tərəf olub - 2:1. Ümumi nəticədə 4:2 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" yarımfinala adlayıb.

 

Qeyd edək ki, "Fənərbaxça" yarımfinalda Beşiktaş"la qarşılaşacaq. Yarımfinalın digər sahibi isə "Akhisar" olub. Son yarımfinalçı "Qalatasaray" - "Konyaspor" matçından sonra bəlli olacaq.

 

Türkiyə kuboku

1/4 final, cavab oyunları

6 fevral

 

“Fənərbaxça” - “Girəsunspor” 2:1
Qollar:
 Məhəmməd Qaraqoç, 18 (1:1), Atif Şeşue, 37 - Diabanq Dialiba, 13 
İlk oyun: 2 - 1

 

Tarix: 8 Fevral [01:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio